Hökumət vətəndaşların problemlərini dinləməyə borcludur – İran prezidenti

Baş səhifə

Bakı. Trend:

İran hökuməti vətəndaşlarla qarşılaşmaq deyil, müxtəlif
sahələrdə vətəndaşların səsini dinləməyə, onların problemlərini
həll etməyə borcludur

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (6
yanvar) Tehranda “Konstitusiyada islam şuraları və əhalinin
iştirakının yeri” milli konfransında deyib.

Onun sözlərinə görə, İran vilayətlərinin valilərinə davamlı
şəkildə istehsalçılar, iş adamları, ticarətçilər və əhali ilə
dialoq aparmaları haqda göstəriş verilib. Yerli icra
nümayəndələrinin də vəzifəsi budur və hökumət bu prosesin icra
olunmasına nəzarət edəcək.

Pezeşkian bildirib ki, İran hökuməti öz səlahiyyəti və gücü ilə
qanun və qayda maneəsi mövcud olan problemləri aradan qaldırmağa
çalışır. Təbii ki, bu istiqamət asan deyil.




İran prezidenti əlavə edib ki, problemlə üzləşən hər bir şəxsin
sözünü demək haqqı var. Hər bir məsul şəxs problemin həlli üçün
səlahiyyətindən istifadə etməzsə, cavabdeh olmalı və mühakimə
edilməlidir.

“Ölkədə bütün sahələrdə reallıqlar nəzərə alınmazsa, ölkə
böhrana doğru sürüklənəcək. Potensiallar, məhdudiyyətlər və
təhdidləri müəyyənləşdirmək lazımdır. İlk öncə özümüzü
dəyərləndirməli, sonra isə ətrafımızı dəyərləndirməliyik”, – deyə o
qeyd edib.

Qeyd edək ki, son vaxtlar İran valyutasının xarici valyutalar
qarşısında dəyərini kəskin şəkildə itirməsinə görə, 29 dekabrdan
etibarən İranda ticarətçilər etiraz aksiyaları keçirirlər.
Etirazçılar valyutanın dəyəri, iqtisadi durumun stabilləşməsi
istiqamətində ciddi addımların atılmasını tələb edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir