Naxçıvan büdcəsinin sair daxilolmaları üzrə proqnozlar dəqiqləşdirilməlidir – Hesablama Palatası

Baş səhifə

Bakı. Trend:

2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin sair
daxilolmaları cari ilin proqnoz göstəricilərindən çox, gözlənilən
icra göstəricilərindən az olmaqla proqnozlaşdırılıb ki, bu da
proqnozlaşdırma zamanı müvafiq dəqiqləşdirmələr aparılmasının
zəruriliyi barədə qənaətə gəlməyə imkan verir.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, “Sair daxilolmalar” üzrə növbəti büdcə ili üçün
1,7 milyon manat vəsait daxilolacağı proqnozlaşdırılıb




Qeyd edilib ki, müvafiq istiqamət üzrə daxilolmalar əsasən
“dövlət əmlakının (bina və tikililər, nəqliyyat vasitəsələri,
torpaq) satışından daxilolmalar” (650,0 min manat) və digər
istiqamətlər üzrə daxilolan sair daxilolmalar üzrə isə (təqribən
1,1 mln.manat) hesabına formalaşacağı proqnozlaşdırılıb.

“Aparılan təhlillərə əsasən qeyd edək ki, sair daxilolmaların
tərkib elementləri üzrə təhlil aparılarkən əvvəlki illərin icra
göstəricilərinin, habelə cari ilin 9 aylıq icra göstəriciləri
həmçinin gözlənilən icra göstəricilərinin nəzərə alınmadığı barədə
qənaətə gəlinmişdir. Belə ki, “dövlət əmlakının (bina və tikililər,
nəqliyyat vasitəsələi, torpaq) satışından daxilolmalar” üzrə
2024-cü ilin icra göstəriciləri 666,5 min manat, 2025-ci ilin ötən
9 ayı ərzində icra göstəriciləri 926,9 min manat olmuş, növbəti
büdcə ili üzrə isə 650,0 min manat proqnozlaşdırılmışdır. Həmçinin
digər istiqamətlər üzrə sair daxilolmaların 2024-cü ilin icra
göstəriciləri 6,7 mln.manat, 2025-ci ilin ötən 9 ayı ərzində icra
göstəriciləri 4,7 mln.manat, növbəti büdcə ili üzrə isə təqribən
1,1 mln.manat həcmində vəsait proqnozlaşdırılmışdır. Bundan əlavə
olaraq qeyd edək ki, “dövlət əmlakının (bina və tikililər,
nəqliyyat vasitəsələri, torpaq) satışından daxilolmalar” dövlət
büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldildiyi halda
Naxçıvan Muxtar Respublikası büdcəsi üzrə büdcə gəlirlərinə şamil
edilir. Qeyd edək ki, müvafiq halın baş verməsinin əsas səbəbi
Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə kəsrin
formalaşmamasına görə olmuşdur”, – məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir