
Bakı. Trend:
Növbəti büdcə ili üzrə Naxçıvan Muxtar Respublika büdcəsinin
gəlir və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən 211,6
milyon manat dotasiya ayrılması nəzərdə tutulub ki, bu da cari il
üzrə təsdiq edilmiş dotasiya məbləğindən 74,1 milyon manat və ya
25,9 % az, 2024-cü il üzrə icra edilmiş dotasiya məbləğindən isə
26,4 milyon manat və ya 14,3 % artıqdır.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ilin ötən 9 ayı ərzində Naxçıvan Muxtar
Respublikası büdcəsi balansının aylar üzrə proqnoz və faktiki icra
göstəriciləri arasında əhəmiyyətli dərəcədə fərq müşahidə
olunmayıb.
“Təhlillər göstərir ki, cari il üçün proqnozlaşdırılmış dotasiya
məbləğinin təqribən 35 (otuz beş) faizdən artıq hissəsi üzrə il
ərzində tələb formalaşmayacaqdır”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublika büdcəsinin (gəlir və
xərcləri tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan dotasiya
istisna olmaqla) cəmi büdcə gəlirlərinin və xərclərinin müvafiq
olaraq 99,1% və 59,8% -i cari ilin 9 ayı ərzində icra edilib. Əlavə
edilib ki, cari ilin 9 aylıq proqnoz göstəriciləri ilə müqayisədə
isə gəlirlər (dotasiya istisna) 34,3 % çox, xərclər isə 17,9 % az
olmaqla icra edilib.

