Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana
306,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,2
milyon dollar və ya 21 faiz çoxdur.

2025-ci ilin 11 ayı ərzində Gürcüstana ixrac olunan qeyri-neft
məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,23 faiz təşkil
edib.




Beləliklə, Gürcüstan Azərbaycandan ən çox qeyri-neft məhsulları
idxal edən ölkələr arasında dördüncü yer tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrü
ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir