ANAMA Beynəlxalq Avrasiya Mətbuatı Fondu ilə 7 milyon manatlıq müqavilə bağlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi
üzrə tədbirlər davam etdirilir.

Trend-in
məlumatına görə, bu işlərin davamı kimi növbəti mərhələdə irihəcmli
işlərə start verilir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
(ANAMA) ilə Beynəlxalq Avrasiya Mətbuatı Fondu arasında yeni
müqavilə bağlanıb.




Bağlanmış müqavilədə Azərbaycan Respublikasının işğaldan azad
olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların
təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış
hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər
partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinin göstərilməsi
nəzərdə tutulur.

Müqaviləyə əsasən, ANAMA sözügedən işlərin müqabilində fonda
7,024 milyon manat ödəyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir