Starmer: London Ukraynada atəşkəsə nəzarət missiyasında iştirak edəcək

Baş səhifə

Böyük Britaniya münaqişə dayandırıldıqdan sonra Ukraynada atəşkəsə nəzarət üzrə ABŞ-ın rəhbərlik etdiyi missiyada iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə “İstəklilər koalisiyası” sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz ABŞ-ın rəhbərliyi altında istənilən atəşkəsin monitorinqi və verifikasiyasında iştirak edəcəyik”, – deyə Starmer vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir