“Nestle” 25 ölkədə uşaq qidalarını geri çağırıb

Baş səhifə

Bakı. Trend:

İsveçrənin “Nestle” şirkəti ürəkbulanma və qusmaya səbəb ola
bilən toksinin mövcudluğu ehtimalı ilə əlaqədar 25 ölkədə bir neçə
uşaq qidası partiyasını geri çağırdığını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi məlumat yayb.

Bildirilib ki, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya,
Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və
İsveçrə də daxil olmaqla bir sıra ölkələrdə satışda olan məhsulları
əhatə edir. Söhbət SMA, BEBA və NAN markalı qida qarışıqlarından
gedir.




Şirkət xəbərdarlıq edib ki, sözügedən məhsullarda “Bacillus
cereus” bakteriyaları tərəfindən istehsal olunan “cereulid” toksini
ola bilər. Bununla yanaşı, “Nestle” indiyədək geri çağırılan
məhsullarla bağlı yoluxma və ya hər hansı simptomların
təsdiqlənmədiyini bildirib.

Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma
“Nestle”nin 10-dan çox zavodunda istehsal olunan 800-dən artıq
məhsulu əhatə edir. Qurumun qiymətləndirməsinə əsasən, bu hal
şirkət tarixində ən böyük məhsul geri çağırılması hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir