“Mançester Yunayted” Ole Qunnar Solskyaerlə danışıqlar aparıb

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” klubu keçmiş baş məşqçisi Ole Qunnar
Solskyaerlə danışıqlar aparıb.

Bu barədə Trend
jurnalist Florian Plettenberqə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, norveçli mütəxəssis cari mövsümün
sonuna qədər olsa belə, “qırmızı şeytanlar”a rəhbərlik etməyə
hazırdır. Bildirilir ki, Solskyaer son dərəcə motivasiyalıdır və bu
vəzifəni icra etməyə tam hazırdır. Hazırda klub yekun qərar
üzərində düşünür.




Qeyd edək ki, Ole Qunnar Solskyaer 2018–2021-ci illərdə
“Mançester Yunayted”in baş məşqçisi olub.

Xatırladaq ki, yanvarın 5-də “Mançester Yunayted” Ruben Amorimin
baş məşqçi vəzifəsindən azad edildiyini elan edib. Portuqaliyalı
mütəxəssis 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilədək kluba
rəhbərlik edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir