ABŞ nümayəndə heyəti yanvarın 7-də Parisdə Ukrayna ilə müzakirələri davam etdirəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ nümayəndə heyəti yanvarın 7-də Parisdə Ukrayna ilə
müzakirələri davam etdirəcək.

Trend-in
məlumatına görə, bu barədə Parisdə keçirilən “İstəklilər
koalisiyası” görüşündə iştirak edən ABŞ Prezidentinin xüsusi
nümayəndəsi Stiven Uitkoff “X” sosial şəbəkəsində məlumat
verib.




Uitkoff yazıb ki, “bu axşam və sabah Ukrayna nümayəndə heyəti
ilə danışıqlarımızı davam etdirəcəyik və yaxın gələcəkdə əlavə
müsbət nəticələrin olacağına ümidvarıq”.

O əlavə edib ki, ABŞ nümayəndə heyəti Parisdəki görüşlər zamanı
Ukraynaya ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi
bərpa planı üzrə irəliləyiş əldə edib. “Biz bir neçə mühüm
istiqamətdə, o cümlədən ikitərəfli təhlükəsizlik zəmanətləri və
iqtisadi rifah planı üzrə əhəmiyyətli irəliləyişə nail olmuşuq. ABŞ
Prezidenti Donald Tramp Ukraynada sülh istəyir və biz onun
tapşırığı ilə bu məqsədə çatmaq üçün əlimizdən gələni etməyə
hazırıq”, – deyə xüsusi nümayəndə vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir