Suriya və İsrail kəşfiyyat məlumatlarının mübadiləsi və diplomatik əməkdaşlıq üçün mexanizm yaradacaqlar

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin vasitəçiliyi ilə Parisdə keçirilən İsrail–Suriya
danışıqlarının yekununda tərəflər Suriya ilə İsrail arasında
kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin azaldılması və
diplomatik əməkdaşlıq üçün mexanizm yaratmaq barədə razılığa
gəliblər.

Trend xəbər verir
ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat
yayıb.




Bəyanatda vurğulanıb ki, tərəflər davamlı təhlükəsizlik və
sabitlik üzrə razılaşmalara sadiqliklərini təsdiqləyiblər. ABŞ-nin
himayəsi altında kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin
azaldılması, diplomatik əlaqələr və ticarət imkanları üzrə dərhal
və fasiləsiz əməkdaşlığı təmin etmək üçün birgə koordinasiya
mexanizmi yaradılıb.

Sənəddə həmçinin qeyd olunub ki, bu mexanizm istənilən
mübahisələrin operativ həlli və anlaşılmazlıqların qarşısının
alınması üçün platforma rolunu oynayacaq. Vaşinqton bu müsbət
addımları alqışlayaraq, Yaxın Şərqdə davamlı sülhə nail olmaq
məqsədilə razılaşmaların həyata keçirilməsini dəstəkləməyə sadiq
qaldığını bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir