
Bakı. Trend:
İtaliya Ukrayna ilə bağlı Parisdə qəbul edilən bəyannamədən
məmnundur.
Trend xəbər verir
ki, bunu Parisdə “İstəklilər koalisiyası”nın görüşündə iştirak edən
İtaliyanın Baş naziri Corcia Meloni bəyan edib.
Baş nazirin açıqlamasında bildirilib ki, nəzərdə tutulan
təhlükəsizlik zəmanətləri Vaşinqtonla sıx koordinasiya şəraitində
formalaşdırılacaq daha geniş razılaşmalar paketinin tərkib hissəsi
olacaq.
Qeyd olunub ki, əsas məqsəd Ukraynanın suverenliyi və
müstəqilliyinin təmin edilməsi, atəşkəs rejiminin effektiv və
hərtərəfli monitorinq mexanizminin yaradılması, eləcə də Ukrayna
Silahlı Qüvvələrinin gücləndirilməsidir.
Eyni zamanda Corcia Meloni bir daha vurğulayıb ki, İtaliya öz
hərbi kontingentini Ukrayna ərazisinə göndərmək niyyətində
deyil.

