
Bakı. Trend:
“Mançester Siti” “Bornmut” klubunun yarımmüdafiəçisi Antuan
Semenyonun transferini uğurla başa çatdırıb.
Trend-in
məlumatına görə, bu barədə jurnalist və insayder Fabrizio Romano
“X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, transferin məbləği 75 milyon avro
təşkil edəcək. Qeyd olunur ki, Semenyo yanvarın 8-də tibbi
müayinədən keçdikdən sonra “şəhərlilər”lə uzunmüddətli müqavilə
imzalayacaq.
Məlumata əsasən, yarımmüdafiəçi “Mançester Siti”yə keçmək üçün
İngiltərə Premyer Liqasından dörd klubun təklifini geri çevirib.
Transferdə əsas amilin futbolçunun ispaniyalı mütəxəssis Xosep
Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi olduğu
vurğulanır.
Cari mövsümdə Premyer Liqada 25 yaşlı Antuan Semenyo 19 oyunda
meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda
qalıb.

