Ötən il fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən
fermer təsərrüfatlarına 9 milyon 147 min manat məbləğində aqrar
sığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu göstərici
əvvəlki ildə həyata keçirilmiş ödənişlərlə müqayisədə 2,7 milyon
manat və ya 43 faiz çoxdur.

Bildirilib ki, 2025-ci ildə həyata keçirilən sığorta
ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı
isə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsas
hissəsi şaftalı, nektarin, badam bağlarına, eləcə də taxıl,
qarğıdalı və digər əkinlərə aid olub.




Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu
tərəfindən indiyədək 22,6 milyon manat sığorta ödənişi həyata
keçirilib.

Fond fermerlərə və təsərrüfatlara 2021-ci ildə 200 min manat,
2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat,
2024-cü ildə isə 6,4 milyon manat məbləğində sığorta ödənişi həyata
keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir