Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat – 424 nəfər saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 63 vilayətində narkotik maddələrin qanunsuz
dövriyyəsinə qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar
nəticəsində 424 şübhəli şəxs saxlanılıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz “X”
hesabında məlumat paylaşıb.

Əli Yerlikaya bildirib ki, 63 vilayət üzrə narkotik maddə
satıcılarına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar
zamanı 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd
narkotik tərkibli həb müsadirə olunub.




Nazirin sözlərinə görə, 424 şübhəli saxlanılıb, onlardan 162-si
barəsində həbs qətimkan tədbiri seçilib, 70 nəfər barəsində ölkəni
tərk etməməklə bağlı iltizamnamə alınıb, digərləri ilə bağlı isə
istintaq tədbirləri davam etdirilir.

“Vətəndaşlarımız bilməlidirlər ki, zəhər tacirləri ilə
mübarizəmiz qətiyyətlə davam edir və bundan sonra da davam
edəcək”,- deyə Yerlikaya bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir