Bakıxanovda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb

Baş səhifə

Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikilinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib.

Bunu Modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib.

“Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən xəstəxanaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu çox ciddi məsələdir. İcra hakimiyyətinin şöbə müdiri və əlaqədar strukturlarla da danışdım. Dərhal reaksiya verdilər”, – deputat deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir