Venesuela ABŞ-yə 30-50 milyon barel neft verəcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Venesuela hakimiyyəti ABŞ-yə 30–50 milyon barel neft təhvil
verəcək və bu neftin satışından əldə olunan gəlirlər Venesuela və
ABŞ xalqlarının rifahı naminə istifadə olunacaq.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti öz “Truth Social” hesabında yazıb.

“Məmnuniyyətlə bildirirəm ki, Venesueladakı Müvəqqəti Hakimiyyət
orqanları ABŞ-yə 30–50 milyon barel yüksək keyfiyyətli neft
ötürəcək. Bu neft bazarının qiymətləri əsasında satılacaq. Əldə
olunan vəsaitin Venesuela xalqının və Amerika Birləşmiş Ştatlarının
maraqlarına xidmət etməsinə ABŞ Prezidenti olaraq mən nəzarət
edəcəm”,-deyə Tramp yazıb




O qeyd edib ki, bu planın icrası ABŞ-nin energetika naziri Kris
Rayta tapşırılıb.

“Mən energetika naziri Kris Rayta bu planın dərhal icrasını
tapşırmışam. Neft tankerlərlə daşınacaq və birbaşa ABŞ-də
yükboşaltma limanlarına çatdırılacaq. Bu məsələyə diqqətiniz üçün
təşəkkür edirəm!”,- deyə Tramp yekunlaşdırıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya zərbələr endirib və
ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ələ
keçirərək Nyu-Yorka aparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir