Qusarda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var – YENİLƏNİB

Baş səhifə

Bu gün saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxs yaxınlarının istəyilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib”, məlumatda qeyd olunub.

Qeyd edilib ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Gülcahan Məmmədova

***

10.34

Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.

APA xəbər verir ki, hadisə yanvarın 7-də gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.
R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir