Ötən il ASCO-ya məxsus beş gəmi beynəlxalq sanksiyalara məruz qalıb

Baş səhifə

Bakı.Trend:

2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə
(ASCO) məxsus iki gəmi və şirkətin birgə müəssisəsi olan SA
Maritime AFZECO vasitəsilə birgə sahib olduğu üç gəmi Rusiyaya
məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük
Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.

Trend xəbər
verir ki, bu barədə ASCO-nun illik hesabatında qeyd edilib.

Bildirilib ki, rəhbərlik hüquqi araşdırmaya başlayıb və şirkətin
və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut
etmək üçün apelyasiya müraciəti hazırlayır.




Bu konsolidə edilmiş maliyyə hesabatlarının dərc edildiyi tarixə
apelyasiyanın nəticəsi və vaxtı qeyrimüəyyən olaraq qalır.

Sanksiyaların qrupun gələcək əməliyyatlarına və maliyyə
vəziyyətinə təsiri əhəmiyyətli ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir