
Bakı. Trend:
İsveç Ukraynaya “Gripen” qırıcılarını yalnız Rusiya ilə sülh
sazişinin əldə olunduğu təqdirdə verəcək.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf
Kristersson “istəklilər koalisiyası”nın görüşünün yekunlarına dair
“X” sosial şəbəkəsindəki hesabında yazıb.
O, Stokholmun “Gripen” qırıcıları vasitəsilə, eləcə də Qara
dənizin minalardan təmizlənməsi üçün zəruri resurslar və Ukrayna
Silahlı Qüvvələrinin zabitlərinin təlim-tədrisi vasitəsilə
Ukraynada sülhün qorunmasına töhfə verməyə hazır olduğunu
bildirib.
Lakin onun sözlərinə görə, tədarüklərin əsas şərti çoxmillətli
qüvvələr üçün döyüş əməliyyatlarının aparılmasına dair aydın
qaydaların təsbit edilməsi və İsveç parlamentinin rəsmi
təsdiqidir.

