Dövlət Dəniz və Liman Agentliyi dənizçilər üçün onlayn təlim imkanı yaradıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Dəniz Təşkilatının (BDT) MSC.560(108) nömrəli
qətnaməsi rəhbər tutulmaqla, Beynəlxalq Məcəllənin müvafiq
cədvəlinə yeni tələb əlavə edilib. Sözügedən tələb “Zorakılıq və
qısnama hallarının, o cümlədən seksual qısnama, bullinq və seksual
hücum hallarının qarşısının alınmasına və onlara cavab
tədbirlərinin görülməsinə töhfə vermək” mövzusunu əhatə edir.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) həyata keçirdiyi
yeniliyə əsasən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə
tanışlıq, ilkin hazırlıq və təlimat”
xüsusi hazırlıq
şəhadətnaməsi əldə etmiş şəxslər qeyd olunan yeni tələbə uyğun
hissə üzrə biliklərini onlayn formatda artırmaq
imkanı əldə edirlər. Dənizçilər DDLA-nın yeni istifadəyə verdiyi
“My Cabinet” rəqəmsal platformasına daxil olaraq “Təlimlər
bölməsi”ndə
müvafiq proqramda iştirak edə və təlimi uğurla
başa vurduqdan sonra iştirakla bağlı elektron sertifikat əldə edə
bilərlər. Həmin sənəd əsasında “Bütün dənizçilər üçün təhlükəsizlik
üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq
şəhadətnaməsini təlimlərdə iştirak olmadan birbaşa imtahanla
yeniləmək imkanı yaranacaq.

Bu hazırlıq üzrə ilk dəfə təlim keçən şəxslər
isə yalnız DDLA-nın uyğunluq haqqında şəhadətnamə verdiyi
təlim-tədris mərkəzlərində təşkil olunan əyani
təlimlərdə
iştirak etməlidirlər.




Məlumat üçün bildirək ki, cari il ərzində beynəlxalq tələblərə
uyğun dənizçilərin bilik və bacarıqlarının artırılması üçün yeni
təlimlərin “My Cabinet” platformasına yerləşdirilməsi nəzərdə
tutulur.

Beynəlxalq standartlara uyğun təlimlərin təşkili və rəqəmsal
formada istifadəyə verilməsi Azərbaycan dənizçilərinin daxili və
beynəlxalq sularda təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara
uyğun şəkildə fəaliyyət göstərməsinə, dəniz mühitində sağlam və
təhlükəsiz iş şəraitinin formalaşdırılmasına, eyni zamanda
dənizçilik sektorunda idarəetmənin səmərəliliyinin artırılmasına
mühüm töhfə verəcək.

Qeyd edək ki, istifadəçilər “My Cabinet” platformasına DDLA-nın
rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi,
həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola
bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir