Səfərbərlik Xidmətinin rəisi Neftçalada qəbul keçirəcək

Baş səhifə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Neftçalada vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 yanvar saat 10:00-da SHXÇDX rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Neftçala rayon şöbəsinin inzibati binasında Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 12 yanvar tarixinədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir