Özbəkistan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Özbəkistana
68,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 32,5 milyon ABŞ dollar və ya 1,9 dəfə çoxdur.

2025-ci ilin 11 ayı ərzində Özbəkistana ixrac olunan qeyri-neft
məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,06 faiz təşkil
edib.




Beləcə Özbəkistan Azərbaycandan ən çox qeyri-neft məhsulları
idxal edən ölkələr sırasında 9-cu yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir