Axtarışda olan türkiyəli kriminal avtoritet Yunanıstanda saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi
“Ertekinlər” mütəşəkkil cinayətkar qruplaşmasının rəhbəri Rohcat
Ertekin Yuanıstanda saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Antalyada mərkəzlənmiş “Ertekinlər” adlı cinayətkar qruplaşmanın
lideri olduğu bildirilən Rohcat Ertekin Türkiyədə cinayət törətmək
məqsədilə mütəşəkkil dəstə yaratma, qəsdən adam öldürmə, əmlaka
ziyan vurma, talan, silahlı soyğunçuluq, narkotik vasitələrin
ticarəti və hədə-qorxu gəlmə maddələri üzrə təqsirli bilinib və
barəsində qiyabi olaraq həbs qərarı çıxarılıb.

Gizləndiyi villada Yunanıstan polisi tərəfindən saxlanılan
Ertekinin ekstradisiyası üçün Türkiyənin Ədliyyə Nazirliyi
tərəfindən zəruri prosedurların başlandığı bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir