
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə
315,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac
olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 121,7 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində İsveçrəyə ixrac olunmuş qeyri-neft
məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,5 faiz təşkil
edir.
Beləcə, hesabat dövrü ərzində İsveçrə Azərbaycandan ən çox
qeyri-neft məhsulları idxal etmiş ölkələrin sırasında üçüncü yer
tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrü
ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

