
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Ukraynaya
190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac
olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 85,9 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Ukraynaya ixrac olunmuş qeyri-neft
məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 5,73 faiz təşkil
edir.
Beləliklə, hesabat dövrü ərzində Ukrayna Azərbaycandan ən çox
qeyri-neft məhsulları idxal etmiş ölkələrin sırasında beşinci yer
tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artıb.

