Zelenski Ukrayna münaqişəsinin nizamlanması üzrə ən çətin məsələlərin müzakirəsinə başlanıldığını elan edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna nümayəndə heyəti və ABŞ nümayəndələri Parisdə
“müharibənin başa çatdırılması üzrə baza çərçivəsinin ən çətin
məsələlərinin” müzakirəsinə başlayıblar.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir
Zelenski özünün Telegram kanalında yazıb.




“Bu gün artıq Fransada Ukrayna danışıqlar qrupunun fəaliyyəti
ilə bağlı Rustem Umerovun ilk məruzəsi təqdim olunub. ABŞ
Prezidentinin nümayəndələri ilə növbəti danışıqlar sessiyası
keçiriləcək və bu, iki gün ərzində bu formatda üçüncü sessiyadır.
Ümid edirik ki, müzakirələr zamanı, o cümlədən, müharibənin başa
çatdırılması ilə bağlı baza çərçivəsinin ən çətin məsələləri –
xüsusilə Zaporojye Atom Elektrik Stansiyası və ərazilərlə bağlı
məsələlər müzakirə ediləcək”, – Zelenski Telegram kanalında
yazıb.

O, komandasına Ukrayna Avropanın digər dövlətləri və ABŞ
arasında liderlər səviyyəsində keçirilə biləcək görüşlərin mümkün
formatlarını müzakirə etməyi tapşırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir