“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi başa çatıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power”
şirkəti ilə birgə həyata keçirdiyi strateji əhəmiyyət daşıyan
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi başa
çatdırılıb.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Bildirilib ki, 240 MVt gücündə olan stansiyanın şəbəkəyə
qoşulması da təmin edilib.




Qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan
Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsi
imzalanıb. Müqaviləyə uyğun olaraq “ACWA Power” şirkəti tərəfindən
240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı
pilot layihənin icra edilməsi nəzərdə tutulub. Bu istiqamətdə
2020-ci ilin 30 dekabr tarixində Azərbaycan Respublikasının
Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək
elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji
alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”
imzalanıb.

İlkin hesablamalara görə, stansiya tərəfindən illik 1 milyard
kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon
kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon
emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi
elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi
dəyəri təqribən 300 milyon ABŞ dolları təşkil edir və tam olaraq
xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir