
Bakı. Trend:
Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hadisə Bardım rayonunda yerləşən “Aşatli-park” istirahət
mərkəzinin ərazisində baş verib. İki oturacaqlı şəxsi helikopterin
yerə çırpılması nəticəsində 1 nəfər həyatını itirib.
Hadisə qurbanının ölümcül bədən xəsarətləri almış pilot olduğu
bildirilir. Sərnişinə hadisə yerində ilkin tibbi yardım
göstərilib.
Qəzanın təfərrüatları araşdırılır.

