
Bakı. Trend:
Sudanda Şimali Kordofan ştatının mərkəzi şəhəri Əl-Obeyd
şəhərində “Çevik Dəstək Qüvvələri” (ÇDQ) hərəkatına məxsus pilotsuz
uçuş aparatının yaşayış məhəlləsinə endirdiyi zərbə nəticəsində azı
10 mülki şəxs həlak olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücum ilin əvvəlindən etibarən Sudanda
münaqişənin kəskin şəkildə eskalasiyası fonunda baş verib. Sudan
Silahlı Qüvvələri və ÇDQ pilotsuz uçuş aparatlarından istifadənin
intensivliyini artıraraq, beş gün ərzində hərbi və mülki obyektlərə
azı səkkiz zərbə endiriblər.
Yerli hüquq-müdafiə və humanitar təşkilatların bildirdiyinə
görə, son eskalasiya nəticəsində 150-dən çox mülki şəxs həlak olub,
daha onlarla insan isə yaralanıb.

