
Bakı. Trend:
2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 6 milyard 448,3 milyon manat olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata görə, bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə
11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb.
Eyni zamanda dövr ərzində qeyri-büdcə təşkilatları üzrə
daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard
manata yaxın təşkil edib.

