
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda icbari tibbi sığorta haqları üzrə
daxilolmalar 1,1 milyard manatdan çox olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilə nisbətən 10,5 faiz
artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq
793,4 milyon manatdan artıq təşkil edib.
Ümumilikdə, 2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5
milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5
milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları
545,5 milyon manat və ya 3,5 faiz artıb.

