Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə
tutulur.

Trend bu
barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya
istinadən xəbər verir.




“Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin
inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi
məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə
tutulur.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan,
ticarət, investisiya, İT, tikinti, istehsal, sənaye, xidmət və
digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər
Azərbaycan–Suriya İşgüzar Şurasına üzv olmağa dəvət olunurlar”, –
məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir