
Bakı. Trend:
Fransanın Sen-Trope şəhərində yerləşən Notr-Dam-Del-Assompsyon
kilsəsində korifey aktrisa Bricit Bardo ilə vida mərasimi
keçirilib.
Trend bu haqda
xarici KİV-ə istinadən xəbər verir.
Mərasimdə aktrisanın ailə üzvləri, dostları və “Bardo Fondu”nun
heyvan haqqları fəalları iştirak ediblər.
Aktrisanın xatirəsini anmaq üçün “Milli Birlik” partiyasının
parlament fraksiyasının lideri Marin Le Pen, müğənni Mirey Matye,
eləcə də kanadalı ekoloq Pol Uotson da mərasimə qatılıb.
Qeyd edilir ki, Bricit Bardonun vəfat etdiyi barədə məlumat 28
dekabr tarixində yayılıb. Aktrisa 91 yaşında dünyasını dəyişib.
Fransız aktrisanın ölümünə səbəb xərçəng xəstəliyi olub.

