Rusiya casusu ABŞ həbsxanasında dünyasını dəyişib

Baş səhifə

Bakı. Trend:

Uzun illər ərzində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış və
Sovet İttifaqının daha sonralara isə Rusiyanın xeyrinə casusluq
edərək dövlətə xəyanata görə tutulmuş Aldriç Eyms 84 yaşında vəfat
edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata əsasən, o cəza çəkdiyi Merilend ştatının Kumberlend
Federal cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Həmin həbsxanada
o ömürlük həbs cəzası çəkirdi.

Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) 31 il xidmət etmiş Eyms
casusluq ittihamı ilə 1994-cü ildə həbs olunub. O, 1985-ci ildən
etibarən KQB-yə məxfi məlumatlar ötürməyə başlamış, bunun
nəticəsində CIA və FBI-ın çoxsaylı insan mənbələri ifşa edilmiş,
onlardan bəziləri isə sonradan edam olunmuşdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir