Amsterdam hava limanı qar və külək səbəbindən ən azı 700 uçuşu ləğv edib

Baş səhifə

Avropada soyuq hava şəraiti səbəbindən ən böyük hava limanlarından biri olan “Amsterdam Schiphol” ən azı 700 uçuşun ləğv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Hava limanı bu gün bildirib ki, 1,000-dən çox sərnişin gecəni “Schiphol”da keçirib. Uçuşların ləğvinin gün ərzində artacağı gözlənilir.

Qeyd edək ki, Avropanın bəzi bölgələrində qar, buz və dondurucu temperatur ciddi problemlər yaradıb. Parisdə “Charles de Gaulle” hava limanında çərşənbə səhəri təxminən 100 uçuş, “Orly” hava limanında isə əlavə 40 uçuş qar və soyuq hava səbəbindən ləğv olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir