Ərdoğan ABŞ-nin Maduroya Türkiyəyə getmək təklifi ilə bağlı iddiaları təkzib edib

Baş səhifə

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela
prezidenti Nikolas Maduroya daha əvvəl Türkiyəyə getmək təklifi ilə
bağlı yayılan məlumatları təkzib edib

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Bizə belə bir informasiya daxil olmayıb, belə bir şey olmayıb”,
– deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin “The New York Times”
qəzetində dərc olunan məqaləyə əsasən, Amerika hökuməti guya
dekabrın 23-də Venesuela prezidentinə ölkəsini tərk etməyi və
variant kimi Türkiyəyə getməyi təklif etmiş, lakin Venesuela lideri
bu planı “qəzəbli şəkildə rədd etmişdi”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir