
Bakı. Trend:
“İmişli” hücumçu İbrahim Əliyevlə yollarını ayırıb.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam
verib. Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə
təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İbrahim Əliyev mövsümün ilk yarısında “İmişli”nin
heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.

