Təyyarələrdə sadə dəyişikliklərlə iqlimə zərər 50% azaldıla bilər – Araşdırma

Baş səhifə

Bakı. trend:

Yeni araşdırmalara görə, premium oturacaqlardan imtina,
uçuşların doluluq səviyyəsinin artırılması və daha səmərəli
təyyarələrdən istifadə ilə aviasiya sektorunun iqlim
dəyişikliklərinə təsiri sərnişin sayını azaltmadan 50%-dək azaldıla
bilər.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Tədqiqatçılar bu kimi əməliyyat səmərəliliyi tədbirləri
“davamlı” aviasiya yanacağı və ya karbon kompensasiyaları kimi
mübahisəli yanaşmalardan daha effektiv ola biləcəyini qeyd
ediblər.




2023-cü ildəki 35 milyon kommersiya uçuşunun 27 milyonundan
çoxunu əhatə edən bu araşdırma, qlobal miqyasda uçuş
əməliyyatlarının səmərəliliyini qiymətləndirən ilk genişmiqyaslı iş
hesab olunur.

Tədqiqat göstərir ki, ABŞ, Avstraliya, Afrika və Yaxın Şərqin
bəzi bölgələrindən həyata keçirilən uçuşlar daha çox karbon
tullantısına səbəb olur. Əvəzində Hindistan, Braziliya və
Cənub-Şərqi Asiyada nisbətən daha az çirkləndirici uçuşlar üstünlük
təşkil edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uçuşların sürətli artımı
səbəbilə, aviasiyanın karbon emissiyaları 2050-ci ilədək iki-üç
dəfə arta bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir