
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio gələn həftə Qrenlandiya məsələsini
müzakirə etmək üçün görüş keçirməyi planlaşdırdığını bildirib.
Trend-in
məlumatına görə, bu barədə dövlət katibi ABŞ Senatında
qanunvericilər üçün qapalı brifinqdən sonra jurnalistlərin
suallarını cavablandırarkən deyib.
“Mən burada Danimarka və ya hərbi müdaxilə haqqında danışmaq
üçün deyiləm”, – deyə o bildirib.
“Gələn həftə onlarla görüşəcəyəm. O zaman onlarla bu barədə
danışarıq, amma əlavə edəcək başqa bir sözüm yoxdur”, – deyə o
əlavə edib.

