
Bakı. Trend:
07.01.2026-ci il tarixində saat 20:30 radələrində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov
rayonundan təcili çağırış daxil olub.
Hadisə ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1968-ci il təvəllüdlü
şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, bu gün saat 20:00 radələrində “Bakı Metropoliteni”
QSC-nin “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna
düşüb.
“Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya
yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf
hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün
olmayıb”, – deyə “”Bakı Metropoliteni” QSC-dən bildirilib.

