Duman səbəbindən bir sıra yollarda sürət həddi endirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat,
Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə
bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat
yayıb.




“Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında
dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “dumanlı hava”
işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl
etmələri xahiş edilir”, – deyə bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir