Salyanda ağır qəza – 9 nəfər yaralandı

Baş səhifə

Salyan rayonu ərazisində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhər ərazisində qeydə alınıb.

Mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar Qasımov Səid, Əliyev Əmrah, Qafarov Novruz, Hüseynov Röyal, Abbasova Zeynəb, Səmədova Ruhiyyə, Ağayeva Sehranə, İsmayılova Gülcənnət, Babayev Ağababa Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir