
Cəbrayıl. Trend:
Cəbrayıl rayonunda geniş miqyaslı yanğın başlayıb.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndi ərazisində başlayıb.
Daha sonra Füzuli rayon Qazaxlar və Mirzənağılılar kəndi
ərazilərinə yayılıb. Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd
boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli
rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə,
Cəbrayıl rayonunun isə 2 yanğınsöndürən bölməsinin avtomobili şəxsi
heyətlə cəlb olunub. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları
davam etdirilir.
Faktla bağlı araşdırma aparılır

