Prezidentin bu gün təltif etdiyi rejissor vəfat etdi

Baş səhifə

Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova 70 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Uzun müddət ABŞ-də yaşayan sənətçi bu yaxınlarda Bakıya qayıtmışdı və son aylarda ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Sevinc Kərimova bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir