5 il ərzində “YAŞAT” Fondunun Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngi daxil olub

Baş səhifə

Bakı.Trend:

8 yanvar 2021-ci il tarixində “YAŞAT” Fondunun yashat.gov.az
portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110
Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Trend xəbər
verir ki, bu günə qədər Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngi
daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların
ümumilikdə 93 016 müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə
yönləndirilib.




Bunlardan 58 263 müraciət şəhidlərimizin ailə üzvlərinin, 34 753
müraciət isə yaralılarımızın müraciətləridir. Xatırladaq ki, 8110
Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr
2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır.
Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid
olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət
tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün
şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması
məqsədilə yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir