Almaniyalı nazir postmüharibə Ukraynası ilə bağlı planlardan danışıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın müdafiə naziri Boris Pistorius Moskva ilə Kiyev
arasında sülh sazişi bağlandıqdan sonra da Ukraynanın müdafiəsinin
dəstəklənməsinin vacibliyini bəyan edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Şəxsən mənə görə, Ukraynaya dəstək olan ölkələr konkret
tədbirlər planı hazırlamalıdırlar”,-deyə Pistorius bildirib.

Onun sözlərinə görə, hazırda əsas diqqət Kiyev üçün etibarlı və
uzunmüddətli təhlükəsizlik zəmanətlərinin əldə olunmasına
yönəldilməlidir. Nazir vurğulayıb ki, Almaniya hərbçilərinin
Ukrayna sərhədləri yaxınlığında mümkün atəşkəsin təmin olunmasında
iştirakı yalnız atəşkəs elan edildikdən sonra mümkün ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir