
Bakı. Trend:
Litva Ukraynanın təhlükəsizlik zəmanətlərinə töhfə verməyə,
respublikanın ərazisinə bir neçə yüz hərbçi göndərməyə
hazırdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Robertas
Kaunas danışıb.
“Bunu dəqiq detallarla ifadə edə bilmərəm, hazırda bu məsələ
müzakirə olunur. Biz mütləq təhlükəsizlik zəmanətlərinə öz
töhfəmizi verəcəyi… sülh əldə olunacağı təqdirdə bu, bir neçə yüz
hərbçidən ibarət ola bilər”, – deyə Kaunas bildirib.
Eyni zamanda, o, Litvanın Ukraynanın təhlükəsizlik
zəmanətlərinin təmin olunmasına hansı konkret vasitələrlə əlavə
töhfə verə biləcəyi barədə təfərrüata varmayıb. Yalnız onu qeyd
edib ki, ölkə Avropa və ABŞ ilə birlikdə sülh sazişinin əldə
olunması üçün bütün lazımı səyləri göstərir.
Xatırladaq ki, yanvarın 6-da Parisdə “istəklilər koalisiyası”nın
sammiti keçirilib. Tədbirdə Avropa ölkələrinin liderləri, həmçinin
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin
rəhbərinin kürəkəni Cared Kuşner iştirak ediblər. Görüşdə Ukrayna
Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə
heyəti də iştirak edib.

