Dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Baş səhifə

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi
müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı
şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai
istintaqı yekunlaşdırılıb.

Bu barədə Trend-ə Baş Prokururluğun mətbuat xidmətindən məlumat
verilib.

İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə
işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illər
ərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin ali
təhsil müəssisələrinə tələbə qəbulu, guya işlədiyi qurum tərəfindən
müsadirə olunmuş əmlakların aşağı qiymətə satılmasının təşkil
edilməsi və digər bu kimi məsələlərin “həlli” ilə əlaqədar ona
müraciət etmiş ayrı-ayrı şəxslərdən 395 min manatdan artıq pul
vəsaitini dələduzluq yolu ilə keçirməsinə və rəsmi sənədləri
saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.




Toplanmış sübutlar əsasında Maqsud Nəsirova Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan
vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma)
maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti
altına vermə növündə qətimkan tədbiri seçilib.

İstintaq dövründə müəyyən edilmiş maddi ziyanın qismən
ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti
üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir