Bu ölkədə hakimiyyət çevrilişinin qarşısı alındı

Baş səhifə

Burkina Fasoda keçmiş keçid hökumətinin lideri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edilən çevriliş cəhdinin qarşısı alınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyasında danışarkən bildirib ki, 3 yanvarda ölkədə sabitliyi pozmaq cəhdi əngəllənib.

Sana çevriliş cəhdinin keçmiş keçid hökumətinin lideri Damiba tərəfindən təşkil edildiyini və məqsədinin hərbi rejimin lideri İbrahim Traoreni zərərsizləşdirmək olduğunu bildirib.

Mahamadou Sana vəziyyətin nəzarət altında olduğunu və iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Hazırkı hərbi rejimin lideri İbrahim Traore 30 sentyabr 2022-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn polkovnik Paul-Henri Sandaogo Damibanı devirib.

Damiba da öz növbəsində 2022-ci ilin yanvarında o vaxtkı prezident Roch Marc Christian Kaboreni devirərək hakimiyyəti ələ keçirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir