
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Birləşmiş
Ərəb Əmirliklərinə (BƏƏ) 105,9 milyon dollar dəyərində qeyri-neft
məhsulları ixrac olunub.
Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi
ilə müqayisədə 55,6 milyon dollar və ya 2,1 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Azərbaycandan BƏƏ ixrac olunmuş
qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 3,19
faiz təşkil edib.
Beləliklə, hesabat dövrü ərzində BƏƏ Azərbaycandan ən çox
qeyri-neft məhsulları almış ölkələr arasında altıncı yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

